Azərbaycan yığması Avropa çempionatında iştirak etməyəcək 

img

12-08-2020 [13:55]


Azərbaycanın şose velosipedi üzrə U-23 və gənclər yığması 24 - 28 avqustda Fransada təşkil ediləcək Avropa çempionatında iştirak etməyəcək. 

Azərbaycan Velosiped İdmanı Federasiyasından Mia.az-a verilən məlumata görə, buna səbəb yerli hökümətin ölkəyə daxil olan şəxslərdən karantin rejimini tələb etməsidir. Təşkilatçılar millinin yarışdan əvvəl 14 gün karantinə alınmasını istəyir. 

Komanda avqustun sonunadək Tovuzda hazırlıq keçəcək, yığma üzvlərinin sentyabrda Türkiyədə keçiriləcək bir neçə bəynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA