Livanın paytaxtında güclü partlayış: 70 ölü, 3 mindən çox yaralı var - Baş nazir təhdid etdi, İsrail "əlimiz yoxdur" mesajı verdi + VİDEO

img

05-08-2020 [09:45]


Beyrutdakı partlayışda Türkiyənin vətəndaşları ilə yanaşı, Qazaxıstan səfirliyinin iki əməkdaşı da yaralanıb.

Mia.az Türkiyənin NTV kanalına istinadla bildirir ki, partlayış nəticəsində 100-dən çox ölən, 4 mindən çox isə yaralanan var.

Hazırda dağıntılar altındakı yaralı və ölülərin çıxarılma işləri aparılır.

Livanın baş naziri isə "bütün günahkarları tapacaq və cəzalandıracağıq" mesajı verib.

Bu arada isə İsrail rəsmi bəyanat verərək, partlayışda hər hansı bir əlaqələrinin olmadığnı bəyan edib.

Xatırladaq ki, hadisə nəticəsində biri Türkiyə Hava Yollarının əməkdaşı olmaqla, iki türk də yüngül yaralanıb.

Türkiyə rəsmiləri hadisədən dərhal sonra bir-birinin ardınca "qardaş Livanın və xalqının yanındayıq. Hər cür dəstəyə hazırıq" bəyanatları verib.

Mia.az

***

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində pirotexnika anbarıngüclü partlayış baş verib.

Məlumata görə, Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.

Bu barədə “Al Arabiya” telekanalı özünün “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.

Son məlumatlara görə, partlayış 12 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub.

Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq