PA-nın şöbə müdiri daha bir partiya lideri ilə görüşdü: nələr müzakirə edilib?
04-08-2020 [20:38]
Azərbaycan Respublikasının Prezidenti tərəfindən başlanılan və yeni siyasi mühitin formalaşmasına yönələn genişmiqyaslı islahatlar bilavasitə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, hakim və müxalif partiyalar arasında konfrantasiyanın aradan qaldırılmasına xidmət edir.
Mia.az xəbər verir ki, bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən 45 siyasi partiya rəhbəri, eləcə də tanınmış ictimai-siyasi fəallar ilə görüşlər keçirilib.
Sadalanan görüşlərdən növbətisi avqust ayının 4 də Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə baş tutub.
Görüşdə erməni qəsbkarlığı, iqtidar-müxalifət həmrəyliyi, dünya azərbaycanlılarının birliyi, pandemiya dövründə görülən iqtisadi-sosial tədbirlər, korrupsiyanın qarşısının alınması istiqamətində aparılan məqsədyönlü işlər, “Siyasi partiyalar haqqında” qanun layihəsi, siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də onların Mərkəzi Seçki Komissiyası qarşısında maliyyə hesabatlılığının təkmilləşdirilməsi məsələləri üzrə müzakirələr aparılıb.
Ə.Vəliyev 12 iyul təxribatına düşmənin növbəti vandallığı kimi qiymət verərək erməni silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn prinsiplərinin pozulduğunu – dinc əhali ilə hərbçilər arasında, eləcə də, mülki və hərbi obyektlər arasında fərq qoymalıdığını, kəndlərdə yaşayış evlərinə ciddi zərər dəydiyini diqqətə çatdırıb.
PA-nın şöbə müdiri bildirib ki, mövcud vəziyyət Azərbaycan Respublikası Prezidentinin şəxsi nəzarətindədir və təxribat nəticəsində dəymiş ziyanın müəyyən edilməsi və aradan qaldırılması məqsədilə iyul ayının 20-də sərəncam imzalanıb, bununla əlaqədar yaradılmış işçi qrupun nümayəndələri tərəfindən hazırda Tovuz rayonunda müvafiq müayinələr aparılır və qiymətləndirilmə nəticələri əsasında tədbirlər planı hazırlanaraq ölkə başçısına təqdim olunacaq. Düşmən təxribatına layiqli cavab verilməsinin cəmiyyətdə ruh yüksəkliyi yaratdığını vurğulayan Ə.Vəliyev Azərbaycan Respublikası Prezidentinin çağırışı ilə bir həftə ərzində 50 mindən çox Azərbaycan gəncinin könüllü olaraq Vətəni qorumaq üçün qeydiyyata alındığını, bununla belə Silahlı Qüvvələrimizin tam komplektləşdirildiyini və bu gün əlavə canlı qüvvəyə ehtiyac olmadığını bildirib.
Beynəlxalq miqyasda Azərbaycanın nüfuzunun artmasına diqqəti yönəldən Ə.Vəliyev bir neçə beynəlxalq təşkilatın – 120 ölkədən ibarət Qoşulmama Hərəkatının, 57 ölkədən ibarət İslam Əməkdaşlıq Təşkilatının, 5 ölkədən ibarət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının açıq şəkildə Azərbaycanı dəstəklədiyini, Ermənistanın çıxılmaz vəziyyətdə müraciət etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının altı üzvündən dördünün sadalanan beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanın yanında olduğunu vurğulayıb. Ermənistan tərəfinin münaqişənin sülh yolu ilə həllində daim qeyri-adekvat mövqe göstərərək əsassız şərtlər irəli sürdüyünü qeyd edən PA-nın şöbə müdiri erməni silahlı qüvvələrinin işğal edilmiş bütün torpaqlardan çıxarılaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin və vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmalarının məsələnin həllində Azərbaycan Respublikası Prezidentinin yeganə şərti olduğunu bildirib.
Ermənistanın son təxribatları ilə əlaqədar 47 siyasi partiyanın milli həmrəyliyə dair bəyanat verməsinin xüsusi əhəmiyyətini diqqətə çatdıran A.Mollazadə Azərbaycanın siyasi partiyalarının mütləq əksəriyyətinin Azərbaycan Respublikası Prezidentinin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni təxribatının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyini ifadə edib.
Partiya sədri Amerika Birləşmiş Ştatları Konqresinin rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımasının, eləcə də torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiqləməsinin erməni lobbisinə böyük bir zərbə olduğunu diqqətə çatdırıb. Görüşdə koronavirus infeksiyasının qarşısının alınmasında dövlət tərəfindən görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla yanaşı, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nəticəsində sosial layihələrin təxirəsalınmadan həyata keçirilməsi, iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq dəstək paketinin qəbul edilməsi diqqətə çatdırılıb. Sonda bir daha milli maraqlar naminə ölkə daxilində və xaricində düşmənə qarşı mübarizənin tək cəbhədə aparılmasının önəmi vurğulanaraq həm siyasi partiya rəhbərlərinin həmrəyliyi, həm də azərbaycanlıların dünyanın müxtəlif yerlərində birgə nümayişlər keçirməsi müsbət qiymətləndirilib.
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"