Lukaşenkodan Putinə mesaj: "Rusiya Belarusu itirməkdən qorxur"

img

04-08-2020 [14:36]


“Rusiya Belarusu itirməkdən qorxur”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərindən öncə xalqa və parlamentə müraciəti zamanı deyib.

“Rusiya bizi itirməkdən qorxur, çünki bizdən başqa onun həqiqi yaxın müttəfiqi yoxdur. Son zamanlar Qərb də bizə daha çox maraq göstərməyə başlayıb. Cavabımızı isə hamı bilir: Belarus başqasına qarşı kimsə ilə dost deyil. Biz çox vektorlu, ardıcıl və proqnozlaşdırılan xarici siyasət tərəfdarıyıq. Belarusda və Rusiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Rusiya bizim ən yaxın müttəfiqimiz olub və olacaq. Rusiya Federasiyasının qardaşlıq münasibətlərini tərəfdaşlıq münasibətlərinə dəyişdirməsinə baxmayaraq, bu, xalqlarımızın daxilindən gəlir”, - deyə A. Lukaşenko qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR