İsraildə üç nazir koronavirusa görə karantinə göndərilib

img

02-08-2020 [17:52]


İsrailin təhsil və su ehtiyatları naziri Zeev Elkin, icmalarının inkişafı və möhkəmləndirilməsi naziri Orli Levi-Abukasis və dini işlər üzrə naziri Yakov Avitan avqustun 9-na kimi karantinə göndəriliblər.

Bu barədə "Yedioth Ahronoth" qəzeti xəbər verib.

3 nazirin karantinə göndərilməsinə səbəb onların həmkarı Qüds İşləri Naziri Rafi Peresdə koronavirusun aşkar edilməsi olub.

Qeyd edək ki, nazir Peres şənbə günü öz “Twitter” səhifəsində virusa yoluxduğunu bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR