ƏƏSMN 6 ayda 646 min vətəndaşın müraciətini cavablandırıb

img

02-08-2020 [11:04]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 6 ayında (karantin dövründə Operativ Qərargahın tələblərinə uyğun) 25,5 mindən çox vətəndaş  fərdi qaydada qəbul edilib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, onlardan 869-nu nazir, nazir müavinləri, nazirliyin Aparat rəhbəri və digər rəhbər vəzifəli şəxsləri qəbul edib.

Yanvar-iyun aylarında ümumilikdə Nazirlik tərəfindən 646,4 min (o cümlədən 142 Çağrı mərkəzi vasitəsilə 421,7 min, ərizə, onlayn, elektron poçt ilə edilən 155 min, sosial şəbəkələr (facebook, instagram və s.) vasitəsilə 61,2 min, Nazirliyin Aparatı üzrə iş telefonları vasitəsilə 8,5 min) vətəndaş müraciəti cavablandırılıb.

Hər bir müraciətdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı