"Sentyabrda müəyyən qaydalara əməl etməklə dərslər başlana bilər" - Ekspert

img

30-07-2020 [12:10]


Sentyabr ayında müəyyən qaydalara əməl etməklə dərslər başlana bilər.

Mia.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, Dövlət İmtahan Mərkəzi 10 iyundan müxtəlif növ imtahanlar təşkil edir və indiyə qədər 150 mindən çox şagird imtahanlarda iştirak edib. Amma hələ də onlar arasında yoluxma halları qeydə alınmayıb:

“Özü də imtahanlar orta məktəb binalarında keçirilir. Şagirdlər də azı 3 saat imtahanda olurlar. İmtahandan əvvəl azı 1 saat növbə gözləyirlər. Şəkildə də adi bir imtahan prosesi əks olunub.

Deməli, müəyyən qaydalara riayət etməklə tədris ili başlaya bilər. Sinifdə şagird sayı, dərslərin növbəli təşkili və s. qaydalarla dərsə başlamaq olar. Əgər onlayn, distant təhsil düşünən varsa, bu, çox yanlışdır. Onlayn-distant təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır. Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA