Həbsdə olan baş redaktor notariusdan 50 min tələb edir

img

28-10-2013 [11:37]



Fəaliyyəti dayanmış «İdeal» qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev 32 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Ziyafət Mirzəyevi məhkəməyə verib. Sabiq baş redaktor dövlət notariusundan vurulmuş zərər iddiası ilə düz 50 min manat tələb edir.

 Bu haqda mia.az-a daxil olan məlumata görə, Nazim Quliyevin həbsdə olarkən notarius rəhbərinin onun adına olan əmlaka alqı-satqı etməklə ona bu zərəri vurubdur: «Nazim Quliyevin iddiasına bir ilə yaxındır ki, baxılır. Nərimanov rayon məhkəməsində ilkin iddiaya baxılıb. Sonradan bu məhkəmənin qətnaməsinə Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə baxılıb. Adıçəkilən hakim işin yenidən birinci məhkəmə instansiyasında araşdırılmasına zəruri ehtiyac duyaraq, Nərimanov rayon Məhkəməsinə geri qaytarıb. Bir neçə ay əvvəl isə həmin məhkəmə işə baxıb. Lakin qətnamə tərəfi qane etmədiyindən yenidən apellyasiya şikayəti verilib».

 Məlumata görə, Binəqədi rayonunda yerləşən Notariat Kontorunun müdirinə qarşı 50 minlik şikayətə bu dəfə Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılacaq: "Hakim şikayət üzrə oktyabrın 31- iclas saatı təyin edib».

   

/spanspan lang="EN-US" style="font-size:16.0pt;mso-ansi-language:EN-US"

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib