“Avropada koronavirusun ikinci dalğası başlayır” - Londondan rəsmi xəbərdarlıq

img

30-07-2020 [11:31]


Böyük Britaniyanın Səhiyyə naziri Matt Hancock Avropada yeni növ koronavirus (COVID-19) infeksiyasının ikinci dalğasının başlaması ilə bağlı narahatlığını ifadə edib.

Nazir bildirib ki, hökumət Britaniyanın təhlükəsizliyini qorumaq üçün yenidən karantin tədbirlərini bərpa etməkdən çəkinməyəcək.

“İkinci dalğa məni narahat edir. Düşünürəm ki, Avropada koronavirusun ikinci dalğası yayılmağa başlayır. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, - deyə M. Hancock qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA