Cəlilabadda Bakı sakinləri cərimələndi - Karantin rejiminə görə

img

30-07-2020 [09:43]


Sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində Bakı şəhər sakini olan Elvin Süleymanzadənin idarə etdiyi “Niva” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan müvafiq yoxlama zamanı sürücü ilə yanaşı avtomobildə olan Bakı sakinləri Nahid Qasımov, Habil Əsədov və 3 nəfər qadının heç bir müvafiq icazə olmadan, karantin qaydalarını pozaraq Bakı şəhərindən Cəlilabada getdikləri müəyyən edilib.

Onların dincəlmək məqsədilə, piknik təşkil etmək üçün gəldikləri məlum olub.

Həmin 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA