Bakı polisindən buraxılış imtahanlarının təşkili ilə bağlı - Açıqlama

img

30-07-2020 [09:59]


Paytaxtda növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə tərəfimizdən nəzarət olunur.

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. Bu məqsədilə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər icra olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA