“Twitter” Trampın oğluna qadağa qoydu

img

28-07-2020 [22:19]


“Twitter” sosial şəbəkəsi ABŞ prezidenti Donald Trampın oğlu Donald Conun öz hesabından paylaşım etməyi müvəqqəti olaraq məhdudlaşdırıb.

Buna səbəb onun öz səhifəsində COVID-19 haqqında yalan məlumat yaymağıdır.

Qeyd edək ki, bundan əvvəl canlı yayım platforması olan “Twitch” ABŞ prezidenti Donald Trampın hesabını nifrət təşviq etdiyinə görə müvəqqəti bloklayıb.

“Twich” platforması dünyanın ən varlı şəxsi olan Jeff Bezosa məxsusdur. Tramp administrasiyası isə 2019-cu ildə “Twich”də hesab yaradıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA