ABŞ Venesuelanın sabiq rəsmilərinə qarşı sanksiya tətbiq edib

img

28-07-2020 [21:16]


ABŞ hökuməti Venesuelanın sabiq elektrik təchizatı naziri Luis Alfredo Motta Domingesə və sabiq nazir müavini Eustiquio Xose Luqo Qomesə qarşı bu ölkəyə giriş məhdudiyyəti tətbiq edib.

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo “Twitter”dəki hesabında məlumat verib.

O, belə bir tədbirə əsas kimi hər iki sabiq rəsmi şəxsin vəzifə səlahiyyətlərini Venesuela xalqının yox, əksinə öz zənginlikləri üçün istifadə etmələrini göstərib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA