Çavuşoğlu: “Aya Sofya ilə bağlı qərara hamı hörmət etməlidir”

img

27-07-2020 [15:17]


“UNESCO ilə əlaqədəyik. Aya Sofya namazdan əlavə, ziyarət üçün açıq olacaq”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ispaniyalı həmkarı Arança Qonsalez Layya ilə birgə mətbuat konfransında deyib.

“Yunanıstanın reaksiyasını başa düşmək mümkün deyil. Bu, Türkiyənin suverenlik məsələsidir. Bayraq yandırma və digər cılız hərəkətlər onlara yaraşır. Qəbul etdiyimiz qərara hamı hörmət etməlidir. Biz necə ki, Aya Sofyanı 1453-cü ildən bu günə kimi qorumuşuqsa, yenə də qoruyacağıq”, - deyə Türkiyə XİN başçısı qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA