"Rusiyanın G7-yə qayıtması mümkün deyil" - Almaniyadan bəyanat

img

27-07-2020 [10:29]


Almaniyanın Xarici İşlər naziri Hayko Maas Rusiyanın “Böyük yeddilik”ə (G7) qayıtmasının əleyhinə çıxıb. 

Bu barədə Almaniya XİN başçısı “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

Nazir Ukraynanın şərqindəki mövcud vəziyyət və Krımın ilhaqından sonra Rusiyanın iştirakı ilə “Böyük səkkizliy”in (G8) bərpasının mümkün olmadığını qeyd edib.

“Rusiyanın G8-dən çıxarılmasına Krımın ilhaqı və Ukraynanın şərqində vəziyyətə müdaxiləsi səbəb olub. Hələlik bu vəziyyət həllini tapmayana qədər Rusiyanın G7-yə qayıtması mümkün deyil", - deyə XİN başçısı vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA