Binyamin Netanyahu yenə ifadə verəcək

img

26-07-2020 [16:43]


İsraildə korrupsiya və rüşvətdə, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılan baş nazir Binyamin Netanyahu ilə bağlı növbəti dinləmələr 6 dekabr tarixində baş tutacaq.

Mia.az xəbər verir ki, baş nazir prosesdə şəxsən iştirak etməlidir.

Netanyahunun işi üzrə məhkəmə çərçivəsində təqribən 300 ittiham şahidinin dinlənməsi planlaşdırılır.

Bundan əvvəl, 24 mayda Qüds Dairə Məhkəməsində Netanyahuya qarşı üç ittiham üzrə ilk iclas keçirilib.

Netanyahu iclasın başlanmasından əvvəl məhkəmə binasında bildirib ki, baş nazirə qarşı sui-istifadə və korrupsiya ilə bağlı ittihamlar sağların nümayəndələri tərəfindən onun ölkədə hakimiyyətdən kənarlaşdırılması məqsədilə quraşdırılıb.

Qeyd edək ki, İsrail Knesseti (birpalatalı parlament) baş nazir Binyamin Netanyahunun 2 mart seçkilərinin nəticəsinə görə formalaşdırılmış 35-ci koalisiya hökumətinin tərkibini təsdiq etmişdi. "Likud" və “Kaxol-Lavan” partiyalarının koalisyon razılaşmasına əsasən Netanyahu 2021-ci ilin noyabrının ortalarına qədər baş nazir vəzifəsini tutmalıdır, sonra bu vəzifəyə Qans keçəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA