Rusiyadan daha bir etiraz doğuran addım: Ermənistanda rusiyalı hərbçilərin iştirakı ilə təlimlərə start verildi

img

23-07-2020 [12:19]


Ermənistanda rusiyalı hərbçilərin iştirakı ilə birləşmiş hava hücumundan müdafiə sisteminin planlaşdırılan təlimlərinə start verilib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook”da bildirib. 

Onun sözlərinə görə, birgə təlimin keçirilməsində məqsəd kəşfiyyat və Pilotsuz Uçuş Aparatları (PUA) ilə mübarizədə effektiv mübarizə metodlarını öyrənməkdir. 

Ş. Stepanyan bildirib ki, təlimlərin gedişində Pilotsuz Uçuş Aparatları ilə mübarizənin yeni formaları təkmilləşdiriləcək.

Təlimlərdə Ermənistan və Rusiyanın zenit-raket kompleksi dəstəsinin əsas komandirləri, qırıcı təyyarələr, eyni zamanda Ermənistan silahlı qüvvələrinin bütün zenit-raket artilleriya bölmələri iştirak edir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA