Rusiyalı ekspert: "Pandemiya Yeni ildən əvvəl qurtarmayacaq"

img

22-07-2020 [13:41]


Rusiya Elmlər Akademiyasının üzvü Viktor Maleyev COVID-19 pandemiyasının yenidən artımına əsaslanaraq qısa vaxtda başa çatmayacağı qənaətindədir.

Onun fikrincə, xəstəliyin mövsümi artımları da baş verə bilər.

“Yoluxucu xəstəliklər ümumiyyətlə, heç vaxt yox olmayacaq. İki gün ərzində dünyada 400 min nəfər yoluxursa, Ümumdünya Səhiyyə Təşkilatı hələ zirvə nöqtəsinə çatmadığını deyirsə, özünüz fikirləşin. Dünya boyu əlaqələri nəzərə alsaq, Yeni ilədək bu məsələnin qurtarmayacağını arxayın söyləyə bilərik”, –  rusiyalı ekspert pandemiyanın yeni dalğasının başlayıb-başlamayacağını deməyə çətinlik çəkib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA