Qulu Məhərrəmli Prezidentin köməkçisi iıə görüşdən danışdı: "Səmərəli, faydalı və işgüzar görüş oldu" 

img

22-07-2020 [11:13]


“Ölkə prezidentinin köməkçisi Anar Ələkbərovun ictimaiyyət nümayəndələri ilə keçirilən görüşünə mən də dəvət olunmuşdum. Görüş üçün yaradılmış səmimi və sərbəst mühit xoşuma gəldi”.

Mia.az xəbər verir ki, bunu jurnalist Qulu Məhərrəmli deyib.

O, bildirib ki, məhz bu mühit ölkədəki bir çox problemləri dilə gətirməyə imkan verdi. 

“Formal deyil, səmərəli, faydalı və işgüzar bir görüş oldu. Anar Ələkbərovun dinləmək, problemləri duymaq və çevik reaksiya vermək keyfiyyəti diqqətimizi cəlb etdi. Bu səbəbdən də görüşdə söylənən rəy, təklif və tənqidlərin müəyyən nəticəsi olacağına ümid edirik”.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR