Xəzər dənizi üzərindən körpü tikilir? - Açıqlama

img

20-07-2020 [19:18]


“Bakı şəhərinin mərkəzində avtomobil sıxlığının azaldılması məqsədilə Əhmədli qəsəbəsi ərazisindən “Bakı Kristal Zalı” istiqamətində dəniz üzərindən körpünün  tikintisi  ilə bağlı məsələ gündəmdə deyil”.

Bu barədə “Report”a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda bu cür körpünün tikintisi ilə bağlı məsələ müzakirə edilmir.

Xatırladaq ki, bu gün Xəzər dənizinin üzərindən körpünün tikintisinin planlaşdırılması ilə bağlı məlumatlar yayılmışdı. Bu cür körpünün tikilməsi ilə bağlı məsələ 10 il  bundan əvvəl müzakirə edilirdi. Sözügedən layihədə Cənubi Koreyanın da iştirakı gözlənilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA