"Payız aylarında koronavirus epidemiyası güclənə bilər" - Aparat rəhbəri

img

20-07-2020 [18:04]


“Bəzi ölkələrdə artıq ikinci dalğanı və yaxud hələ də birinci dalğanı görürük. Payız aylarında koronavirus epidemiyasının güclənməsi ehtimalı ondan ibarətdir ki, iqlim dəyişkənliyi baş verir”. 

Bu fikirləri Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Hazırda dövlət tərəfindən görülən tədbirlər elə buna hazırlıq deməkdir. Həmçinin iş yerlərində sanitar-epidemioloji qaydalara riayət önəmlidir. Biz bu qaydalara əməl etsək, gələcəkdə iş yerlərimizə qayıda bilsək, epidemiyanın güclənməsinin qarşısını ala bilərik. Əks halda qarşısını ala bilmərik”, - o bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA