Nazirlik İcra Hakimiyyətinin yalanını ifşa etdi - Yasamalda gölün ətrafındakı tikinti dayandırıldı + FOTO

img

20-07-2020 [14:41]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Tri korona” yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayəti araşdırıb. 

Nazirliyin mətbuat katibi İradə İbrahimova "Report"a bildirib ki, ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub.

O qeyd edib ki, təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, dünən Yasamal İcra Hakimiyyəti  “Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmadığı haqda xüsusi açıqlama yaymışdı: “Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç inşaat yoxdur, göl qurudulmur”.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA