Gürcü vitse-spiker ermənilərə silah yardımı xəbərinə belə reaksiya verdi: "Bu, şayiədir..."

img

20-07-2020 [14:26]


Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının üzvü, vitse-spiker Gia Volski Azərbaycan mətbuatının Ermənistana silah-sursatın ölkə üzərindən çatdırılmasına dair yaydığı məlumatlara münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında həmin informasiyaları şayiə adlandırıb.

“Bu məlumatlar rəsmi deyil, bir konkret media tərəfindən yayılan şayiədir. Gürcüstanda da bu şayiəni təkrarlamağa sevinən KİV-lər var”, - o, qeyd edib/Report.    


Digər xəbərlər
SON XƏBƏRLƏR