Bərdədə kafedə karantin rejimini pozanlar haqda tədbir görülüb

img

20-07-2020 [12:57]


Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Mia.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Zümürxan kəndi ərazisində Q.Bayramlıya məxsus kafenin rayon ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Q.Bayramlı və kafenin müştəriləri - F.Əliyev və B.Hümbətov karantin qaydalarını pozmuş və sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddələri ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA