UNEC-də II ixtisas qrupu üzrə “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb

img

20-07-2020 [11:35]


UNEC-də 2020/2021-ci tədris ilindən II ixtisas qrupu üzrə “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb.

Universitetdən Mia.az-a verilən məlumata görə, “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan bakalavrlar gələcəkdə öz ixtisasları üzrə iqtisadiyyat, mühasibatlıq, beynəlxalq ticarət, logistika və digər mühüm əhəmiyyət kəsb edən sahələrə aid nəzəri və praktik biliklərə yiyələnəcəklər.

İxtisas 4 dildə (Azərbaycan, türk, ingilis və rus) müvafiq fakültələrdə tədris olunacaq.

Qeyd edək ki, UNEC-də bakalavr dərəcəsində II qrupu üzrə “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Biznesin idarəedilməsi”, “Statistika”, “Beynəlxalq ticarət və logistika”, “Marketinq”, “Menecment” və “Dövlət və bələdiyyə idarəetməsi” ixtisaslarına qəbul aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA