Sabiq icra başçısının yaşıllıq davası və ya Yasamal İH-dən Bakı İcra Hakimiyyətinə qədər uzanan ötür-ötür oyunu...
19-07-2020 [18:27]
"İki həftəlik səylərim boşa çıxdı. Evimizin qarşısında yaşıl zolaq var. Heç zaman sulanmır. Ağaclar qurumağa başlayıb. İstədim müvafiq orqanları xəbərdar edib. Başladım Yasamal rayon icra hakimiyyətindən. Saytda olan telefona zəng edirəm. Dəstəyi qaldıran şəxsə vəziyyəti izah edirəm. Mənə təşəkkür edir və mütləq məruzə edəcəyini bildirir".
Mia.az xəbər verir ki, bu sözləri Yasamalın sabiq icra başçısı, hüquqşünas Sahib Məmmədov deyib.
O bildirib ki, növbəti gün zəng edib:
"Artıq başqa bir şəxs götürür. Ona da hər şeyi izah edirəm. Təşəkkür edir və məsləhət görür ki, icra hakimiyyətində işləyən Rasim adlı şəxsə zəng edim. Telefonu götürmədi. Bir neçə gün davam etdi. Sonra tanıdığım adamlardan biri dedi ki, Rasim adlı işçi kiminsə adamıdır icra başçısını da saymır. İşə də kefi istəyəndə gəlir. Dedilər ki, Mənzil Kommunal Təsərrüfat İdarəsinə zəng edim.
Mən yaşıllığın şəkilin çəkib Yasamal İH rəsmi e-mailinə məktub yazdım və şəkilləri qoşdum. Cavab verən olmadı.
Mənzil Kommunal İdarəsinə zəng etdim. Onlar mənə dedi ki, biz bu işə baxmırıq. Məsləhət gördülər ki, MİS-ə zəng edim. Mən yaxşı bilirəm ki, MİS heç nə edə bilməz. Hər halda könə tanıdığım adamlardandır deyə zəng elədim. O da mənə yaşıllaşdırma idarəsində işləyən bir şəxsin mobil telefonunu verdi. Həmin şəxsə zəng edib problemi danışıram. Qulaq asıb deyir ki, ağsaqqal mənlik deyil gör 440 15 34 nömrəsinə düşə bilsən onlara de".
Hüquqşünas qeyd edib ki, oradan isə zəngə cavab verən olmayıb: "Bakı şəhər icra hakimiyyətinin veb səhifəsinə (veb səhifə demək mümkün olsa) daxil oldum. Orada şəhər İH-nin yeganə telefon nömrəsinə zəng edirəm. Nə qədər təccüblü olsa da, dərhal cavab verirlər. Əhvalatı danışıram. Ona ağzını açmağa imkan verməyib deyirəm ki, filan yerlərə demişəm. Məsul vəzifəli şəxs mənə deyir ki, "qardaş bu gün yaşıllaşma idarəsi ilə bağlı bizə çoxlu şikayət gəlib". And-aman elədi ki, o idarə ilə əlaqə yarada bilmirəm. Söz verdi ki, onları tapa bilsə deyəcək. Əlac qalır 440 15 34-ə zəng etməyə.
Bir neçə günlük cəhddən sonra telefonu yuxulu bir xanım qaldırır. Problemi danışan kimi bizlik deyil, İcra Hakimiyyətinə zəng elə deyib, telefonu asmaq istəyəndə, yalvar-yaxarla saxlatdım. İzah etdim ki, İcra Hakimiyyəti deyir ki, yol kənarlarına Yaşıllaşma İdarəsi baxır. Xanım könülsüz olaraq deyir ki, yaxşı, yerini de. Deyirəm və təklif edirəm ki, nömrə verin, şəkilləri göndərim. Şəkilləri göndərirəm. Xanım yazır ki, müdiriyyət yoxdur gəlsin, deyərik".
Sahib Məmmədov bildirib ki, indiyə qədərsə müdriyyətdən xəbər çıxmayıb: "Müdiriyyət gəlib çıxmadı. Beləcə mənim yaşıllığı xilas etmək cəhdim boşa çıxdı".
Mia.az

MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb - VİDEO
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesaj ifşa edildi: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib