Sabahın hava proqnozu açıqlandı

img

18-07-2020 [13:09]


19 iyulda Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif cənub küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda  gecə 23-25, gündüz  35-37 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində zəif cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.  

19 iyulda Azərbaycanın bəzi rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. 

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz  23-28 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 19-da Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişsizdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA