Məleykə Abbaszadənin 44 yaşlı qızı qəfil vəfat etdi - FOTO

img

18-07-2020 [11:33]


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib. 

Mia.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib. 

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib.

İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan ölüb.

Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir. 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA