Mingəçevirdə karantin rejimini pozan kafe sahibi və 9 nəfər cərimələnb

img

18-07-2020 [10:38]


Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər sakini Ramin Aslanovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən edilib.

Obyektə baxış zamanı oranın sahibi və daha 9 nəfər müştərinin xüsusi karantin qaydalarını pozduqları aşkar olunub.

Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər və  onlara ciddi xəbərdarlıq olunub. Obyekti işlədən R.Aslanov barəsində isə toplanmış material şəhər məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA