"Artıq Sizin əmrinizi gözləyirəm" - Vahid Mustafayev döyüşə getmək üçün könüllü qeydiyyatdan keçdi

img

17-07-2020 [13:41]


ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də könüllü döyüşə getmək üçün rəsmi qeydiyyatdan keçib. 

Mia.az xəbər verir ki, bu barədə o, özü sosial şəbəkədə məlumat verib:

“Bu gün mən də, sıravi Mustafayev Vahid Fuad oğlu, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal İdarəsində qeydiyyata düşdüm! Fəxr etdim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti Milli Qəhrəman Çingiz Mustafayev adını daşıyan küçədə yerləşir.

Adam çox idi, bu dəliqanlıların içində özümü yenə də əsgərlik və keçdiyim müharibələrdəki kimi hiss etdim. Nə gözəldir bu hiss - hər bir kişi üçün. Bir daha xalqımız və gənclərimizlə fəxr etdim! Vətən sağ olsun! Cənab Ali Baş Komandan! Artıq Sizin əmrinizi gözləyirəm və Döyüşə tam hazıram! Döyüş alnımıza yazılıb 2/216!!!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA