“Ermənistan Cenevrə konvensiyasını pozaraq Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alıb” - Ombudsman + VİDEO

img

15-07-2020 [11:38]


“Ermənistan ötən gün Cenevrə konvensiyasının 18-ci maddəsini pozaraq Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alıb”.

“Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.

Ombudsman xatırladıb ki, həmin maddədə münaqişə tərəflərinin heç bir halda mülkü yaşayış yerlərini, xəstəxanaları hədəf almamaları qeyd olunub:

“Əfsus ki, Ermənistan bu dəfə də beynəlxalq qanunları pozub və hazırda biz bunu müşahidə edirik”.

S.Əliyeva qeyd edib ki, buna qəti etiraz edilir və bu barədə müvafiq beynəlxalq qurumlar ən qısa zamanda məlumatlandırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA