Ermənilər Tovuzda kənd sakininin həyətinə mərmi atdı: "Həmin an uşaq həyətdə oynayırdı"

img

14-07-2020 [21:57]


Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrinə və bölmələrimizin mövqelərinə iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə atəş açarkən mərmilərdən biri Yuxarı Öysüzlü kəndində Raqif Qasımovun həyətinə düşüb.

Mia.az “Report”a istinadla xəbər verir ki, zərbənin gücündən R.Qasımova məxsus evin şüşələri sınıb.

Ev sahibi bildirib ki, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb: “Həmin vaxt uşaq həyətdə oynayırdı”, - o, əlavə edib.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA