Biləsuvarda şəhid baş leytenantla vida mərasimi başlayıb

img

13-07-2020 [15:46]


Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndinə gətirilib.

Hazırda şəhidlə evində vida mərasimi keçirilir. Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, Müdafiə Nazirliyinin nümayəndələri və yerli sakinlər iştirak edir.

Vida mərasimində sonra şəhid kənd qəbiristanlığında dəfn ediləcək./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR