Vilayət Eyvazov xidmət rəisinə yüksək vəzifə verdi - DİN-də daha bir dəyişiklik

img

13-07-2020 [11:35]


Daxili işlər orqanlarında daha bir kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin (DİN) Komendant Xidmətinin rəisi, polis polkovniki Eldəniz Məmmədov vəzifəsindən azad edilərək Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini təyin olunub.

Qeyd edək ki, Daxili İşlər naziri V.Eyvazovun müvafiq əmri ilə DİN-in Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Elman Qasımov vəzifəsindən azad olunaraq nazirliyin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR