TƏBİB rəsmisi brifinqdə: “Əgər biz hamımız əlbir olmasaq, bu bəlaya qalib gələ bilmərik" 

img

10-07-2020 [17:25]


"Təəssüf olsun ki, həkimlər arasında da yoluxmalar və ölümlər var”.

Mia.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Şöbə müdiri deyib ki, xaricdən həkimlər Azərbaycana dəstək üçün gəlib.

O bildirib ki, hazırda yoluxanlarla sağalanların sayı bu gün demək olar ki, bərabərləşib: "Bu, yaxşı bir haldır”.

Yaqut Qarayevanın sözlərinə görə, insanlar maska və digər tələblərə daha çox riayət edirlər: “Əgər biz hamımız əlbir olmasaq, bir yerdə xəstəliyə qarşı mübarizə aparmasaq, bu bəlaya qalib gələ bilmərik. Epidemiyalarla mübarizədə birinci silah karantin olub. Bu gün rayonlara getməklə bağlı suallara daha çox rast gəlinir. Bu xəstəliyin inkubasiya dövrü 14 gündür. Hər hansı şəxs özünü sağlam hiss edib, rayona gedə, insanları yoluxdura bilər”.

Y. Qarayeva qeyd edib ki, xarici ölkələrdən son günlərdə Azərbaycana çoxlu sayda həkim qrupu gəlir: “Həmin həkimlərlə təcrübə mübadiləsi aparırıq. Bu xəstəlik yenidir, formalaşmış protokol yoxdur. Hansı bölgədə hansı müalicə protokolu yaxşı təsir göstərib, təcrübə mübadiləsi aparılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq