Fuad Muradov Pan Gi Munun nümayəndəsi ilə görüşdü

img

21-10-2013 [11:10]


"Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradovla BMT-nin baş katib Pan Gi Munun gənclərlə iş üzrə xüsusi nümayəndəsi Ahmad Alhandai arasında görüş keçirlib.

Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. F. Muradov qonağa rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verib və "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının həyata keçirdiyi layihələrdən danışıb.

İlk dəfə Bakıya gəldiyini deyən BMT baş katibinin xüsusi nümayəndəsi Ahmad Alhandai Azərbaycanda belə bir beynəlxaq təşkilatın fəaliyyətindən məmnun olduğunu deyib.

BMT nümayəndəsi "Böyük İpək Yolu” BGT ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb.

A. Alhandainin sözlərinə görə, "Böyük İpək Yolu” BGT-nin həyata keçirdiyi layihələr BMT-nin dünya üzrə gənclər təşkilatlarının işi ilə bağlı hazırladığı təqvim-kataloqa daxil ediləcək. O, təşkilatın BMT-nin Sivilizasiyalararası Alyans təşkilatı ilə birgə işlədiyi layihəni yüksək qiymətləndirib və dekabrda Nyu-Yorkda planlaşdırılan tədbirdə iştirak edəcəyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA