Rusiyada seçicilərin 78 faizi Konstitusiyaya düzəlişlərə səs verib

img

02-07-2020 [10:01]


Rusiyada səsvermələrdə iştirak edən seçicilərin 77,93 faizi Konstitusiyaya düzəlişlərin lehinə səs verib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 99,9 faizdən çoxunun hesablanmasına əsasən bildirib.

Komissiyanın məlumatına görə, seçicilərin 21,26 faizi Konstitusiyaya düzəlişlərin əleyhinə çıxıb.

Qeyd edilir ki, seçici fəallığı 65 faiz təşkil edib.

Bəzi regionlarda artıq protokolların hamısı hesablanıb.

Qeyd edək ki, Konstitusiyaya düzəlişlər üzrə ümumrusiya səsverməsi 22 aprelə təyin edilmişdi, amma ölkədəki mürəkkəb epidemiologiya vəziyyətə görə səsvermələr təxirə salınmışdı. Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirdi ki, səsvermə 1 iyulda keçiriləcək.

Epidemiologiya vəziyyəti və əhalinin təhlükəsizliyi nəzərə alınaraq rusiyalıların iyunun 25-dən iyulun 1-dək səs vermələri barədə qərar qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı