Dövlət Turizm Agentliyinin yol tenderi: qalmaqallı şirkətlə 2 milyonluq müqavilə imzalanıb
01-07-2020 [17:55]
Dövlət Turizm Agentliyi “İsmayıllı Tikinti -27” ASC ilə 1 853 472.03 (1 milyon 853 min 472) AZN dəyərində müqavilə imzalayıb.
Yenisabah.az xəbər verir ki, müqaviləyə əsasən ASC Muğanlı-İsmayıllı (17-ci km-dən)-Basqal avtomobil yolunun yenidən qurulması (4 km) və Basqal dairəvi yolunun tikintisini (1,3 km) həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “İsmayıllı Tikinti-27” ASC 05 iyun 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 339 144 AZN olan şirkətin hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Orucov, ev 100-də yerləşir. ASC-nin qanuni təmsilçisi Əliyev Azad Gülməmməd oğludur.
Açıq mənbələrdən görünür ki, “İsmayıllı Tikinti - 27” ASC İsmayıllıda iri məbləğli tenderlərin daimi qalibi olub. Şirkətin İsmayıllı Rayon İcra hakimiyyətinin keçmiş başçısı Mirdamət Sadıqova yaxın olması ilə bağlı iddialar var. Mediada gedən xəbərlərdə bildirilir ki, ASC məhz Mirdamət Sadıqovun icra başçısı olduğu dövrdə rayonda “tender kral”ına çevrilib.
Bu iddiaların nə qədər əsaslı olduğunu deyə bilmərik. Amma deyilənlər nə icra hakimiyyəti, nə də şirkət tərəfindən təkzib edilib.
“İsmayıllı Tikinti-27” ASC ilə bağlı bir ay əvvəl baş verən qalmaqal da diqqət çəkir.
05 may 2020-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti ilə ASC arasında satınalma müqaviləsi imzalanıb. Lakin şirkətin rəhbəri Azad Əliyev 3 gün sonra yəni, 08 may 2020-ci il tarixdə icra hakimiyyətinə müraciət edərək müqavilənin ləğv olunmasını istəyib. Azad Əliyev bunu səhhətində yaranmış problemlərlə əlaqələndirib. Bununla bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin yaydığı rəsmi məlumat deyilir: “Qeyd olunanları nəzərə alaraq, RİH başçısının 22 may 2020-ci il tarixli 68 nömrəli sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyəti və “İsmayıllı Tikinti-27” ASC arasında bağlanmış müqaviləyə xitam verilmişdir”.
Məlumatda müqavilənin maliyyə dəyəri qeyd edilməsə də, araşdırmalarımız zamanı bəlli olub ki, məbləğ 691 858.12 AZN olub. Müqaviləyə görə ASC İsmayıllı şəhərdaxili yolların təmirini həyata keçirməli imiş.
Azad Əliyevin dəyəri yarım milyondan çox olan müqaviləyə səhhətinə görə xitam vermək istəməsi mediada şübhə ilə qarşılanıb. Ehtimal olunur ki, müqavilənin ləğvi Mirdamət Sadıqovun yoxluğu ilə bağlıdır. O, icra başçısı vəzifəsindən çıxarılandan sonra “İsmayıllı Tikinti-27” ASC-nin də rayon üzrə keçirilən tenderlərdə qalibiyyətinə son qoyulması qərarına gəlinib.
Bu şirkət 2018-ci ildə də qalmaqalla gündəmə gəlib. Həmin vaxt İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş şikayət əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, Faiq Quliyev “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən ona məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün iyulun 14-də İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. 25 iyul 2018-ci ildə Faiq Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ülvi Abbasov vəzifədən azad olunub. Sonradan 9 il müddətinə azadlıqdan məhrum edilən Ülvi Abbasovun barəsində çıxarılan hökm dəyişdirilib. Ona 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib. Faiq Quliyevin cəzası isə 8 ildən 6 ilə endirilib.
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama