Vətəndaşlara pulsuz hüquqi yardım göstərilir

img

17-05-2020 [13:30]


Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi Niderland Krallığının Xarici İşlər Nazirliyinin, Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı birgə sosial-cəhətdən zəif təmin olunmuş insanlara pulsuz hüquqi yardım proqramını icra edir.

Mia.az-a verilən məlumata görə, karantin rejiminə baxmayaraq pulsuz hüquqi yardım xidmətimi proqaramının icrası davam edir.

Təkcə aprel-may ayları ərzində 100 nəfərə yaxın vətəndaş hüquqi yardım almaq üçün müraciət etmişdir. Onlara facebook, elektron poçt, telefon fərdi qəbul vasitəsilə hüquqi yardım xidməti göstərilib.

Proqramın icrası iyun ayında da davam edəcəkdir. Vətəndaşlar pulsuz hüquqi yardım almaq üşün https://www.facebook.com/nhmt.ib https://www.facebook.com/azer.quliyev.1656[email protected] ünvanlarına və 050 880 80 15 telefon nömrəsinə müraciət edə (Azər Quliyev) müraciət edə bilərlər.

Proqram daha çox əmək, ailə-nikah, əmlak, inzibati, təqa təqaüd, sosial yardım, vərəsəlik, borc, s. məsələlərlə bağlı hüquqi yardımların göstərilməsi ilə bağlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA