Moskvada bir gecədə 12 min miqrant saxlanıldı

img

17-10-2013 [15:50]


Rusiyanın paytaxtın Moskva şəhərində bir gecədə 12 min xarici vətəndaş saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Moskva polisi məlumat verib.

"Saxlanılanlardan 140 nəfərdən çoxu miqrantlar haqqında qanunu kobud şəkildə pozduqları üçün inzibati cəzaya məruz qalacaq”, - deyə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Təkcə Şərqi Biryuvada keçirilən əməliyyat zamanı 150-dən çox xarici vətəndaş saxlanılıb.

Qeyd edək ki, miqrantların saxlanılmasına 25 yaşlı Yegor Şerbakovun Biryulovo rayonunda azərbaycanlı tərəfindən qətlə yetirilməsindən sonra başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA