Bu il Azərbaycan Həştərxandan 428 ton balıq idxal edib

img

19-06-2020 [13:05]


Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyanın Həştərxan vilayətindən 428 ton dondurulmuş və soyudulmuş balıq idxal edib.

Bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin Rostov, Volqoqrad və Həştərxan vilayətləri və Kalmıkiya Respublikası üzrə İdarəsindən bildiriblər.

Bundan başqa, Həştərxan balığının 355 tonu Avropa İttifaqı ölkələrinə (Litva, Polşa, Almaniya) ixrac edilib.

Həmçinin bu növ balığın 73 tonu Gürcüstana, 36 tonu Serbiyaya, 20 tonu Tacikistana, 20 tonu Ukraynaya və cəmi 1 tonu İsrailə göndərilib.

Qeyd edək ki, ötən ilin analoji dövrün göstəriciləri ilə müqayisədə Rusiyanın Həştərxan vilayəti balıq və balıq məhsullarının ixracını 23% artırıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR