"Bilmirəm, insanlar vəhşiləşiblər, nədir?" - Əməkdar artist

img

18-06-2020 [16:17]


Əməkdar artist Gövhər Rzayeva maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Sənətçi ATV telekanalında yayımlanan “7 Canlı” verilişində qonaq olarkən dünya malına aludə olmamağı məsləhət görüb:

"Dünya malına aludə olmaq lazım deyil. O heç kimə xoşbəxtlik gətirməyib. Elə adam var ki, qır-qızılını torpaq altında basdırır. Rəhmətə gedəndə uşaqları da o qızılın yerini bilmir. Elə bunu uşaqların arasında bölüşdürərdin də. O vaxtlar etibar var idi, inam var idi. Kimsə borc alırdısa və deyirdisə, ayın 10-u qaytaracam, qaytarırdı. Bir-birinə əl tutmaq var idi. Bilmirəm, insanlar vəhşiləşiblər, nədir? Elə bilirlər ki, dünyanı tutub gedəcəklər".

Yenisabah


Digər xəbərlər
SON XƏBƏRLƏR