Beyləqanda evlərdən oğurluq edən şəxs tutuldu

img

17-06-2020 [12:19]


Beyləqan rayonunda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə,  Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 900 manat pul və geyim əşyaları, 1 evdən isə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini A.Məmmədzadə saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Bolsulu kəndindəki evlərdən birinin həyətindən 1 320 manat dəyərində yonca toxumu oğurlaması da müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR