Bakı maşın qaçıran şəxs tutuldu

img

11-06-2020 [12:10]


Bakı şəhər sakinini avtomobili qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən K.Behbudov iyunun 10-da rayon ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Yasamal rayonu ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini E.Gərəkməzli polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR