Jurnalistika üzrə magistraturaya qeydiyyat uzadıldı
09-06-2020 [10:57]
Magistraturaya 44 saylı proqram üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti iyunun 10-u saat 10:00-dək uzadılır.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və bu ilin qəbul imtahanındakı nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl mərkəzin internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.
Xatırladaq ki, qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin "Hesab"ından çıxılır.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 10 iyun saat 10:00-dək Mərkəzin internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, 2020-ci il iyunun 10-da "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və iyunun 11-dən 16-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. İmtahanın onlayn formada keçirilməsi nəzərdə tutulur.
Jurnalistika üzrə qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirir, imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirmədə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.) verə bilərlər. Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini nümayiş etdirməlidir. Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.
Jurnalistika üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat və həmin imtahanın proqramı “Magistr” jurnalının 2020-ci il tarixli 3‑cü sayında təqdim olunub. "Magistr" jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatında) günün ikinci yarısından etibarən DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
DİM qeydiyyatdan keçən bakalavrların nəzərinə bir daha çatdırır ki, onlar qeydiyyat prosesi başa çatanadək dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilən surətini, internet KİV-lərdə, radio və televiziyada yayımlanan çıxışlarının elektron variantını (yazısını); təqdim edilən materialların onlara məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilən surətini [email protected] elektron poçt ünvanına göndərməlidirlər, əks halda, imtahana buraxılmayacaqlar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Sumqayıt, Quba, Ağdam və İsmayıllıda yaşıllıqları qırıblar
QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi - FOTO
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
ABŞ-da qaçırılan kiçik təyyarə qəzaya uğrayıb
Elektron siqaretlərin qadağan olunması barədə yeni qanun ilk oxunuşdan keçdi - Detallar
Rumen Radevdən Azərbaycan Prezidentini təbrik edib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz