Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-06-2020 [00:03]
Qoç - çox əlverişli gündür. Məqsədə doğru aparan yolda yaranacaq elə bir sədd yoxdur ki, onu dəf edə bilməyəsiniz. Situasiyaların çətinliyindən asılı olmayaraq problemlərin öhdəsindən gələ biləcəksiniz. Bilik və bacarıqların artırılması, təcrübənin zənginləşdirilməsi, yaradıcı fəaliyyət üçün münasib zamandır.
Günün ikinci yarısında yaxşı gəlir və ya xoş xəbər əldə edə bilərsiniz. Bir zamanlar dəyər verdiyiniz insanla qarşılaşacaqsınız. Onunla ünsiyyətdə sonra bu adamla yolları ayırdığınıza sevinəcəksiniz.
Buğa - ailə və məişət qayğılarını qulaqardına vurmayın. Peşəkar fəaliyyət müstəvisindəki ciddi problemin həllinə aktiv başlayın. Genişmiqyaslı layihənin reallaşdırılmasını ertələyin. Dəyər verdiyiniz insanlarla münasibətlərin sərinləşməsinə səbəb olacaq hərəkətlər etməyin. Dəyərsiz, xoşunuz gəlməyən adamlarla sıx ünsiyyətdə olmayın. Belələrindən uzaq durun.
Günün ikinci yarısında tələsik qərarlar pis fəsadlarla nəticələnə bilər. Axşam saatları sakit, yorucu olmayan məşğuliyyət üçündür. Qarşınızda həddən yüksək tələblər qoymayın. İşlər o qədər də pis deyil.
Əkizlər - davranışınız sərt və aqressiv olmasın. Yaxın ətrafınızdakı insanların hissləri ilə oynamayın. Kəskin açıqlamalarla münaqişə yaratmayın. Bəzi işləri zarafatla demək, bununla da sərt reaksiyanı minimuma endirmək olar.
Günün ikinci yarısında təkbaşına, müstəqil şəkildə çalışın. Əsəbləşməyin, hisslərinizi tarıma çəkməyin. Bədbinliyə qatılmayın, ruhdan düşməyin. Mənəvi tarazlığa nail olmağın yollarını arayın. Əhvalınız yalnız sizdən asılıdır.
Xərçəng - yeni iş və ya layihə üçün əlverişli zamandır. İşlərinizdə irəliləyişlərə nail olmaq üçün münasib zamandır. Yaşamınızda yeniliklər istisna deyil. Zərərli vərdişlərdən biri ilə vidalaşın.
Günün ikinci yarısında yeni layihəyə başlamaq olar.
Yaxınlarınızın rifahını düşünün. Təhlükə və ya əndişəyə qapılmayın, sinirlənməyin. Axşam saatlarında dəyər verdiyiniz insanla bağlı yaxşı xəbər və ya xoş sürprizlə qarşılaşacaqsınız.
Şir - qarışıq, laübəli gündür. Yaxınlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Mənasız məsələyə görə mübahisə, qarşıdurma istisna deyil. Çətin olsa da, təmkinli və soyuqqanlı olun. Emosiyaların sağlam məntiqi üstələməsinə imkan verməyin.
Hirsli, aqressiv olmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanları idarə etməyə çalışmayın. Hər addımbaşı liderlik məziyyətlərinizi nümayiş etdirməyə çalışmayın. Axşam saatlarında normal istirahət edin, dincəlin.
Qız - çox mürəkkəb gündür. Ciddi problemləri çözmək istəyirsinizsə, soyuqqanlı davranın. Hansısa məsələdə sizinlə razılaşmayan insanı dinləməklə yanaşı, onun dediklərini anlamağa və təhlil etməyə can atın. İnsanların gur olduqları tədbirlərə qatılmayın. İctimai tədbir və ya siyasi aksiyada iştirakı ertələyin.
Günün ikinci yarısında adi vaxtlarla müqayisədə daha çox risk etməyin. Belədə problemlərin sayı sürətlə arta bilər. Alış-verişdə bədxərclik etməyin. Maliyyə məsələlərində sayıq olun. İşgüzar danışıqlar və səfər pis nəticə verməyəcək.
Tərəzi - mühüm məsələlərin müzakirəsi və həlli üçün əlverişli gündür. Bəyənmədiyiniz, xoşlamadığınız insanlarla ünsiyyətdən belə, xeyir əldə edə bilərsiniz. Az sonra karınıza gələcək, yaxşı gəlir əldə etməyə imkan verəcək informasiya əldə edə bilərsiniz.
Günün ikinci yarısında pul xərcləməyə tələsməyin. Alış-verişdə bədxərclik etməyin.
Adi və rutin işlərlə məşğul olmaq sizi yormayacaq. Gərəksiz əşyalar və hisslərdən qurtulun. Bədbinlik, komplekslər və yanlış düşüncələrlə vidalaşın. Bütün bunlar sizin irəliyə doğru hərəkətinizə mane olur.
Əqrəb - uğurlar kiçik, amma asan əldə ediləndir. İzafi səylərə heç bir ehtiyac yoxdur. Rəğbət bəslədiyiniz, laqeyd qalmadığınız insanlarla təmaslar üçün əlverişli gündür. Dəyər verdiyiniz insanın marağını cəlb edə bilərsiniz.
İşgüzar fəaliyyətlə bağlı, habelə əmlak və maliyyə məsələlərini yaxşı bələd olmadığınız insanla müzakirə etməyin.
Günün ikinci yarısında dedi-qodu və şayiələrə əsla əhəmiyyət verməyin. Heç bir halda yalan məlumatın yayılmasında iştirak etməyin. Hər hansı addımı gizlətməyə çalışsanız da, bu olay az sonra faş olacaq.
Oxatan - ciddi problemlər olmayacaq. Bir şərtlə ki, həmin problemləri özünüz yaratmayasanız. Məntiq və intuisiya ilə hərəkət edin. Naqolay situasiyaya düşməməyə çalışın.
Birgə layihələrə qatılmayın. Tək çalışın, müstəqil olun. Sizinlə manipulyasiya edən adamın toruna düşərək münaqişə iştirakçısına çevrilməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi təhlil edin. Bədxahlardan birinin çirkin əməlininin üstünü aça bilərsiniz. Önəm vermədiyiniz insanın sizə etdiyi yaxşılıqlardan xəbər tutacaqsınız.
Oğlaq - faydalı işlə məşğul olun. Məhsuldar gündür. Böyük uğurlara nail ola bilərsiniz. Vaxtınızı mənasız işlərə sərf etməyin. Yaxın gələcəklə bağlı planlar qurun. Strateq olun, fəaliyyət taktikasını dürüst müəyyənləşdirin.
Günün ikinci yarısında yaxınlarınız emosiyalara qapıla bilərlər. Soyuqqanlı olun, küsənləri barışdırın, ruhdan düşənlərə ürək-dirək verin. Yolundan çıxanlara düzgün yol göstərin.
Axşam saatlarında səbrli olun.
Dolça - mübahisələrdə aqressiv darvanmayın, öz fikrini bildirən insanı aşağılamağa çalışmayın. Bununla belə, mövqelərinizi sonadək müdafiə edin, geri çəkilməyin. Hadisələrin uğurlu məcrada cərəyan etməsi sizə çoxdan bəri gerçəkləşdirməyə can atdığınız işə başlamağa imkan verəcək.
Günün ikinci yarısında yaşam enerjisinin səviyyəsi aşağıdır. İşlərdə yaranan problemlər sizi ruhdan salmasın. Məsləhətə ehtiyacınız var. Bəzi məsələlərin çözümünü ertələmək olar.
Axşam saatlarında səhhətinizə fikir verin. Gəzintiyə çıxa bilərsiniz.
Balıqlar - istirahət və əyləncəni bir qədər təxirə salın. Maraqlı, amma çətin işə başlamaqdan qorxmayın. Xoş sürprizlər istisna deyil. Olayların əlverişli məcrası sizə faydalı ideyalardan birini reallaşdırmağa imkan verəcək.
Günün ikinci yarısında yeni müttəfiq və ya həmfikirlər tapacaqsınız. Dostlarla təmaslar, romantik görüşlər müsbət emosiyalar bəxş edəcək.
Sevdiyiniz insanla təmaslarda qayğıkeş, həssas olun.
Milli.Az
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub