Baş nazir qaçırıldı

img

10-10-2013 [10:38]


Liviyanın baş naziri Əli Zeydan bir qrup silahlı dəstə tərəfindən qaçırılıb. 

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Liviya hökumətinin rəsmiləri Əli Zeydananın oğurlanması faktını təsdiqləyib. Tripolidə yerləşən otellərin birində baş verən hadisədə silahlı dəstə naziri tutub naməlum istiqamətə aparıblar. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat açıqlanmır.


Əli Zeydan ötən ay "CNN"ə müsahibəsində Liviyanı "42 il ərzində Qəddafi tərəfindən dağıdılmış bir dövlət" adlandırmışdı. Baş nazirin bu bəyanatları səbəbindən Qəddafi rejiminin tərəfdarı olan silahlı qruplaşma tərəfindən qaçırıldığı ehtimal edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA