İRİ TİCARƏT MƏRKƏZLƏRİ NƏ VAXT AÇILACAQ? - TƏBİB sədri tarix verdi

img

22-05-2020 [17:30]


"İyun ayında iri ticarət mərkəzlərinin açılması gündəmdədir".

Mia.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, hər şey vəziyyətdən aslıdır: "Əgər göstəricilər stabil olsa, iri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar qəbul edilə bilər".

TƏBİB rəhbəri çimərliklərin açılmasında isə problem görmür: "Əsas məsələ orada sosial məsafənin qorunmasıdır. Təlimatlar hazırlanır və yaxın günlərdə açıqlanacaq. İdman zallarının açılması ilə bağlı qərar yəqin iyunun 1-dən mümkün olsun".


Digər xəbərlər
SON XƏBƏRLƏR