Prokurorun jurnalistlə qumar oynaması istefasına səbəb verdi

img

21-05-2020 [09:36]


Tokio Prokurorluğunun rəhbəri Xiromu Kurokava koronavirus pandemiyasına görə ölkədəki ümummilli fövqəladə vəziyyət rejimi dövründə pullu oyunlar fonunda yaranmış qalmaqal səbəbindən istefa vermək barədə qərar qəbul edib.

Məlumata görə, Kurokava mayın 1-də və 13-də Tokioda "Sankei" qəzeti jurnalistinin mənzilinə gedib və onlar pulla majonq oynayıb. Oyunda həmçinin "Asahi" qəzetinin müxbiri də iştirak edib. Prokuroru evə hər dəfə icarəyə götürülmüş avtomobil aparıb.

Qeyd edilir ki, bu barədə informasiyanı "Shukan Bunshun" həftəlik nəşri dərc edib. Nəticədə Tokio prokurorunun davranışı ictimaiyyət və müxalifət partiyaları tərəfindən kəskin tənqidə məruz qalıb. Məlumata görə, xüsusi narazılıq doğuran fakt 63 yaşlı Kurokavanın Yaponiyanın baş naziri Sindzo Abe ilə yaxın əlaqələrə malik olmasından ibarətdir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR