“Bu gün pis vəziyyətdə qalan insanlar var" - Deputat Naxçıvana gediş-gəlişin açılmasını tələb etdi

img

19-05-2020 [12:23]


Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Fazil Musatafa Naxçıvan Muxtar Respublikasına gediş-gəliş təmin olunması təklifi ilə çıxış edib. 

Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, deputat gediş-gəlişdə ciddi problemlər yarandığını bildirib.

“Bu gün pis vəziyyətdə qalan insanlar var. Ona görə təklif edirəm ki, təcili şəkildə 3-4 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun. Bir neçə gündən sonra təyyarə reyslərinin sayı azaldılsın. Naxçıvanla əlaqələrin tamamilə kəsilməsi gələcəkdə ciddi problemə çevrilə bilər”, - deyə Fazil Mustafa vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA